Masallı, 27 may, AZƏRTAC
Masallı şəhərindəki Gənclər Mərkəzində 28 May - Respublika Günü münasibətilə məktəblilər arasında dama üzrə keçirilən rayon birinciliyi başa çatıb.
AZƏRTAC xəbər verir ki, iki gün davam edən idman yarışmasında rayonun 36 tam orta məktəbini təmsil edən 108 şagird qələbə uğrunda mübarizə aparıb.
Qaliblərin mükafatlandırılması mərasimində çıxış edən Masallı Rayon Gənclər və İdman İdarəsi rəisinin müavini Oktay Ağayev “Azərbaycan gənclyi 2011-2015-ci illərdə” Dövlət Proqramının icrası istiqamətində rayonda görülən işlərdən, Prezident İlham Əliyevin gənclərə göstərdiyi diqqət və qayğıdan danışaraq, məktəblilərə yeni-yeni qələbə sevincləri arzulayıb.
Rayon birinciliyinin qaliblərinə diplomlar və qiymətli hədiyyələr verilib.