Rusiyada bir sutkada 5 mindən çox insan virusa yoluxdu

Rusiyada son sutka ərzində daha 5504 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

Metbuat.az bildirir ki, Rusiyada COVID-19-a yoluxanların sayı 1051874 nəfərə çatıb. Son sutka ərzində 102 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 18 365 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistandan və Brazilyadan sonra dördüncü yerdə gəlir.

Mənbə: RİA Novosti


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR