“Arsenal” yeni mövsümə qələbə ilə başladı

Futbol üzrə İngiltərə Premyer Liqasında yeni mövsümə start verilib.

Metbuat.az xəbər verir ki, çempionatın açılış matçında “Arsenal” səfərdə “Fulhem” ilə üz-üzə gəlib. London derbisində “topçular” 3:0 hesabı ilə qələbə qazanıblar.

Görüşdə hesab 8-ci dəqiqədə açılıb. Aleksandr Lakazet mövsümün ilk qoluna imza atıb. Matçın 49-cu dəqiqəsində Qabriel Dos Santos, 57-ci dəqiqədə isə Pyer-Emerik Obameyanq fərqləniblər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR