Fransada müsəlmanı vəhşicəsinə öldürdülər

Fransada müsəlmanı vəhşicəsinə öldürdülər
09:12 18 Yanvar 2015
151 Dünya
Ölkə mətbuatı
A- A+

Cinayətkar isə psixi xəstə diaqnozu ilə dispanserə yatırılıb
Fransada mərakeşli bir kişi vəhşicəsinə öldürülüb.

Anspress-in məlumatına görə, Fransanın cənub-şərqində yerləşən Voklüz şəhərinin Buset qəsəbəsində mərakeşli müsəlman biri qonşusu tərəfindən 17 bıçaq zərbəsi alaraq öldürülüb.

Fransa İslam Əleyhdarı Hücumları Rəsədxanası cinayətin müsəlman əleyhinə törədilmiş bir cinayət olduğunu açıqlayıb. Cinayət zamanı öldürülən Muhamməd Əl Maquli adlı şəxsin 47 yaşında olduğu bildirilir.

Psixi pozğunluğu olduğu iddia edilən 28 yaşlı cinayətkarın yaxalandığı və şizofren diaqnozu ilə psixi dispanserdə saxlanıldığı deyilir.

Fransa İslam Əleyhdarı Hücumları Rəsədxanası rəhbəri hadisəni törədən şəxsin cinayətdən əvvəl “mən sənin Allahınam, mən sənin islamınam” dediyini bildirir.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR