Ronaldo yeni mövsümdə ilk qolunu vurdu -

“Yuventus”un forvardı Kriştiano Ronaldo yeni mövsümdə ilk qolunu vurub.

Metbuat.az xəbər verir ki, portuqaliyalı “Novara” ilə yoldaşlıq matçında fərqlənməyi bacarıb. Futbolçu bu oyunda hesabı açıb. Oyun 5:0 hesabı ilə "Yuventus"un xeyrinə başa çatıb.

Xatırladaq ki, Portuqaliya millisi UEFA Millətlər Liqasının 2-ci turunda səfərdə İsveç üzərində 2:0 hesablı qələbəsi zamanı Ronadlo 100-cü qolunu vurmuşdu. O, bu göstəricidə yalnız İran seçməsinin Azərbaycan əsilli forvardı Əli Daeidən (109 qol) geri qalır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR