Türkiyədə koronavirusdan ölənlərin sayı artdı

Türkiyədə son sutka ərzində 68 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.

Metbuat.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazirin sözlərinə görə, 1538 yeni yoluxma faktı qeydə alınıb. Bununla pandemiya qurbanlarının sayı 7445, virusa yoluxanlar isə 301 348 nəfərə çatıb.

Türkiyədə indiyədək 266 117 pasiyent (son sutkada 1312 nəfər) sağalaraq evə buraxılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR