50 gömrükçü könüllü olaraq ordu sıralarına qatıldı

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin işğal altındakı ərazilərimizin azad edilməsi istiqamətində başlatdığı əks hücum əməliyyatlarında könüllü iştirak etmək üçün müraciət edən Dövlət Gömrük Komitəsinin (DGK) əməkdaşlarından 50 nəfəri böyük ruh yüksəkliyi ilə hərbi hissələrə yola düşüblər.

DGK-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Metbuat.az-a bildirilib ki, komitənin bütün əməkdaşları Azərbaycan Ordusunun qələbələrindən böyük qürur hissi duyur və səbirsizliklə cəbhəyə yollanacaqları anı gözləyirlər.

Qələbə sənindir, Azərbaycan Əsgəri!

Qarabağ Azərbaycandır!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR