Mərakeş Krallığı Qarabağla bağlı nota verdi

Mərakeşin Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mərakeş Krallığındakı Səfirliyinə ünvanlandığı 28 sentyabr 2020-ci il tarixli notasında Dağlıq Qarabağ regionundakı hərbi insidentlərin Mərakeş Krallığı tərəfindən narahatlıqla izləndiyi və günahsız mülki vətəndaşların ölümündən təəssüf hissinin keçirildiyi bildirilir.

Metbuat.az-ın məlumatına görə, notada Mərakeş tərəfləri təmkinli olmağa, Dağlıq Qarabağ münaqişəsini beynəlxalq hüquq və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında həll etməyə çağırır:

“Mərakeş Azərbaycan Respublikasının suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir, istənilən separatçılıq və ya silahlı üsyan addımlarını qınayır”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR