Ermənilərin öldürdüyü və yaraladığı mülki şəxslərin sayı açıqlandı

“Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində sentyabrın 27-dən hazırkı vaxtadək 19 mülki şəxs həlak olub, 63 nəfər xəsarət alıb”.

Metbuat.az-ın məlumatına görə, bunu Baş prokuror Kamran Əliyev deyib.

Onun sözlərinə görə, təxribatlar nəticəsində Goranboyda 5, Tərtərdə 8, Ağdamda 4, Füzulidə isə 2 mülki vətəndaş həlak olub.

"Ölənlərdən 14 nəfəri kişi, 3-ü qadın və 2 azyaşlıdır. Yaralıların 56-sı kişi, 6-sı qadın, 1-i azyaşlıdır. Təxribatlar nəticəsində hazırkı vaxtadək 44 obyekt, 181 yaşayış evi yararsız hala düşüb. Bütün faktlarla bağlı prokurorluqda cinayət işi başlanıb".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR