Ticarət mərkəzində atışma: ölən və yaralananlar var

Ticarət mərkəzində atışma: ölən və yaralananlar var
09:57 18 Yanvar 2015
116 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ-ın Florida ştatının Melburn şəhərində ticarət mərkəzində baş vermiş atışma zamanı 2 nəfər ölüb, 1 nəfər yaralanıb.
APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, insident Melbourne Square" ticarət mərkəzində baş verib. Atəş açan şəxs 2 nəfəri yaralayıb, onlardan biri sonradan aldığı yaradan keçinib.
 
Ölən və yaralanan şəxslərin kimliyi hələlik müəyyən olunmayıb. Məlum olub ki, iki nəfəri yaralayan şəxs sonda özünə atəş açaraq intihar edib.
 
Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/319657.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR