Prezidentin köməkçisi:

Onlar xarici medianı toplayaraq Xandkəndi şəhərində yanğınların olması barədə məlumatlar verirlər. Bu da növbəti şou və teatr səhnəsidir.

Metbuat.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyb.

Onun sözlərinə görə, Xankəndi şəhəri ətrafında legitim hərbi bazalar məhv edilir: “Həmin bazalardan Tərtər şəhəri artileriya atəşinə məruz qalırdı. Onların hamısı məhv edilib. Onlar bu məhvin qarşında yenə də xaincəsinə bu kimi addımlara atır. Bunun da müəlliflərindən biri Araik Arutyunyan öz cavabını alıb. Müharibə cinayətkarının sosial şəbəkədə ön xətdə vuruşması barədə məlumatı yalandır. Bunu ermənilər bilsin. O, qaçıb bunkerdə gizlənmişdi. Terrorçuların cavabı budur. Azərbaycan xalqına qarşı cinayət törədənlərə bu kimi cavablar veriləcək”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR