Dünyaca məşhur ifaçı azərbaycanlılardan üzr istədi - Ermənilərə dəstəyi üçün

Əsl adı Belkalis Almanzar olan dünyaca məşhur rep ifaçısı Kardi B Ermənistana dəstək niyyəti ilə paylaşım etmişdi. Azərbaycanlıların narazılığından sonra o azərbaycanlı izləyicilərindən üzr istəyib.

Metbuat.az xəbər verir ki, məşhur ifaçı "Tvitter" hesabında paylaşdığı səs yazısında bildirib:

"Bir sərmayə üçün insanların çox olduğu bir yerdə idik. Erməni əsilli sözcüm o arada mənə Ermənistana qarşı bir soyqırım olduğunu dedi və bununla bağlı paylaşım etməyimi istədi. Araşdırma etmədən paylaşdığım üçün üzr istəyirəm. Ermənistanın vuruşduğu ölkənin Azərbaycan olduğunu da bilmirdim."



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR