Ermənistan Mehri dəhlizini qorumaq üçün Moskvaya boyun əyir -

“Rusiya narahatdır ki, Vaşinqtonda Ermənistan qoşunlarının çıxarılması və baza sənədlərinin qəbulu reallaşa bilər ”.

Bu açıqlamanı Metbuat.az-a politoloq Məhəmməd Əsədullazadə bildirib. O, deyir ki, tərəfləri bir masada razılığa gətirə bilməyən Moskva, Vaşinqtonda müzakirələrin formatından tam arxayın olmaq istəyir.


“ABŞ-ın dövlət katibi Mayk Pompeonun dəvəti ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vaşinqtonda birgə görüşündə atəşkəsin əldə edilməsi gözlənilmir. ABŞ-ın mövqeyi hazırda neytraldı və hərbi əməliyyatların davam etdirilib, ərazi bütövlüyünün təmin olunması onun regional maraqları çərçivəsindədir.

Bu illər ərzində Qərbdə aparılan Qarabağ danışıqları fonunda Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşündən əvvəl, ermeni nazir Moskvaya dəvət edilir və təlimatlandırılırdı.

Lavrov-Mnatsakanyan görüşü əvvəlki qaydada deyil, bir-birlərinin mövqeyini dəqiqləşdirmək üçün nəzərdə tutmuşdur. Çünki, iki tərəf arasında etimad mühiti əvvəlki kimi deyil. Azərbaycanı atəşkəs razılığına gətirə bilməyən Moskvadan Yerevan demək olar ki, əlini üzüb. Sadəcə, hazırda Mehri dəhlizini qorumaq üçün Moskvanın çağırışlarına razılıq verir. Çünki onun istəklərinin qəbuluna məcburdur”.

Politoloq bildirdi ki, Sergey Lavrovla Z.Mnatsaksakanyan görüşü Qarabağ məsələsində həlledici məqsəd daşımır.

“Bundan əlavə, Zəngilan istiqamətində Azərbaycan ordusunun Ermənistan sərhəddinə çıxması Z.Mnatsakanyanın Lavrovla görüşündə müzakirə ediləcək. Yerevan narahatdır ki, Azərbaycan Mehri dəhlizini ələ keçirərsə, Moskva susqunluq göstərə bilər.

Çox güman ki O, Rusiya sərhədçilərinin bu istiqamətdə gücləndirilməsini istəyəcək. Bundan əlavə, Rusiya "sülhməramlı" qüvvələrinin Xankəndiyə yerləşdirilməsi müzakirə edilə bilər. Amma müzakirələr əsnasında Moskva məhz Türkiyə faktoruna görə bu razılığa getməyəcək”.

Məhəmməd Əsədullazadə qeyd etdi ki, Moskva və Vaşinqton görüşləri Azərbaycanın hərbi əməliyyatlarının qarşısının alınması üçün ciddi bir proses deyil. Azərbaycan ordusu qısa müddətdə Ermənistan qoşunlarını mühasirəyə alması reallaşa bilər. Ermənistan növbəti dəfə Mosvadan yardım istəyəcək.

Azərbaycan qısa müddətdə hərbi əməliyyatları bitirməsi mütləqdir. Çünki regionda yeni bir siyasi konfiqurasiya qurulur ”.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR