"Düşmənin 30 il ərzində qurduğu istehkamlar dağıdılıb" -

Ötən müddət ərzində cəbhənin Ağdərə, Füzuli-Cəbrayıl və Qubadlı istiqamətlərində döyüş əməliyyatları müxtəlif intensivliklə davam edib.

Metbuat.az xəbər verir ki, vbu sözləri Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri, polkovnik-leytenant Anar Eyvazov cəbhədəki son vəziyyətlə bağlı brifinqdə bildirib.

O qeyd edib ki, Ordumuz tərəfindən aparılan əks-hücum nəticəsində düşmənin 30 il ərzində qurduğu istehkamlar dağıdılıb.

“Bundan əlavə, düşmənin çox sayda texnikası və canlı qüvvəsi məhv edilib, muzdlu döyüşçülərin təcrübəsi heç nəyə yaramır, idarəetmələri iflic vəziyyətindədir. Bu gün həm də düşmənin altı ədəd PUA-sı sıradan çıxarılıb”, - deyə MN rəsmisi qeyd edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR