“Azərbaycan Ordusunun Ermənistan silahlı qüvvələrinə qarşı həyata keçirdiyi uğurlu döyüş əməliyyatları və dəqiq atəş zərbələri nəticəsində erməni cəmiyyətində təşviş, Ermənistan ordusunda isə xaos, kütləvi fərarilik və özbaşınalıq hökm sürür”.
Bu barədə Metbuat.az-a Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.
Nazirlik bildirib ki, əldə edilən məlumatlara əsasən, könüllülər və düşmənin ordu bölmələrinin şəxsi heyəti arasında mübahisələr, bir-birinə qarşı silah tətbiq etmək, döyüşə girməkdən imtina, əmr olmadan mövqelərdən geri çəkilmə və kütləvi fərarilik baş alıb gedir.
“Düşmənin 7-ci dağatıcı alayının mövqelərinə gətirilmiş könüllülərlə müqaviləli hərbi qulluqçular arasında baş verən mübahisə silahlı qarşıdurma ilə nəticələnib. Ölən və yaralananlar var.
Xocavənd rayonunun Sos yaşayış məntəqəsi istiqamətində hərəkət edən şəxsi heyətin komandanlığa tabe olmaqdan və əmri yerinə yetirməkdən imtina edərək ərazini tərk etməsi barədə yuxarı komandanlığa məlumat verilib. Həmin hərbi qulluqçuların yenidən mövqelərinə qaytarılması ilə bağlı görülən tədbirlər isə nəticəsiz qalıb.
Ermənistan silahlı qüvvələrinin 543-cü alayının hərbi qulluqçuları kütləvi şəkildə Dağlıq Qarabağa getməkdən imtina edib. Təcili olaraq hərbi hissəyə gələn hərbi prokurorluq əməkdaşları döyüşə getməkdən imtina edən hərbiçiləri həbslə hədələyərək onları istənilən döyüş tapşırığını yerinə yetirmələri barədə iltizam imzalamağa məcbur ediblər.
Oxşar hadisə Ermənistanın Koti yaşayış məntəqəsində dislokasiya edilən hərbi hissədə də baş verib. Burada xidmət edən hərbi qulluqçular döyüşə getməkdən imtina etdiklərinə görə hərbi polis tərəfindən həbs edilib.
Görülən bütün cəza tədbirlərinə baxmayaraq, Ermənistan müdafiə nazirliyinin rəhbərliyi Dağlıq Qarabağa getməkdən imtina edənlərin qarşısını almaqda acizdir.
Erməni hərbi qulluqçularının döyüşdən kütləvi şəkildə imtina etməsinə səbəb Azərbaycan Ordusunun döyüş meydanında qələbələri və düşmənə endirdiyi dəqiq atəş zərbələri nəticəsində çoxlu sayda döyüş texnikasının və canlı qüvvəsinin məhv edilməsi ilə bağlı təqdim edilən video görüntülərdir”.
Erməni ordusunda xaos, fərarilik artıb -
Həmçinin oxu
Hava ilə bağlı xəbərdarlıq edildi
metbuat.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Göyçay sakini özünə xəsarət yetirdi - Vəziyyəti ağırdır
"Qarabağ" - "Neftçi" matçından sonra nə baş verib? - VİDEO
Trampdan benzinin qiyməti ilə bağlı AÇIQLAMA
Hikmət Hacıyev alman və azərbaycanlıların birgəyaşayış tarixindən bəhs edən filmi paylaşdı
“Qarabağ” - “Neftçi” oyunundakı insidentə görə 19 nəfər saxlanıldı
Layihələr
Son xəbərlər
Ukrayna heç vaxt Rusiyaya qalib gələ bilməyəcək - Krozetto
Bu gün
·
14:32
Hava ilə bağlı xəbərdarlıq edildi
Bu gün
·
14:11
Belarusdan Azərbaycana qarşı jest
Bu gün
·
13:55
Vensdən Putinlə bağlı diqqətçəkən bəyanat
Bu gün
·
13:23
Bu türk dövləti Göyçə ilə bağlı Ermənistanla razılaşdı
Bu gün
·
12:59
İranın yeni müdafiə naziri bəlli oldu
Bu gün
·
12:57
Ferhat Göçer Bakıda “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu
Bu gün
·
12:53
"Sabah"-"Borussiya" oyununu o idarə edəcək
Bu gün
·
12:42
Həftənin ilk iş günü 30 dərəcə isti olacaq
Bu gün
·
12:34
Lökbatanda anbarda yanğın oldu
Bu gün
·
12:22
Bu ölkədə helikopter qəzası oldu
Bu gün
·
11:58
TDT-dən Azərbaycana təbrik
Bu gün
·
11:45
Pensiya və müavinətlər bu tarixdə ödəniləcək
Bu gün
·
11:36
Alyona Əliyeva paylaşım etdi - FOTO
Bu gün
·
11:17
Türkiyə XİN Azərbaycanı təbrik etdi
Bu gün
·
11:12