Ermənilərin növbəti yalanı ifşa edildi -

Fransanın "France Press" agentliyində guya Xankəndi şəhərinin Azərbaycan Ordusu tərəfindən raket atəşinə tutulması ilə bağlı məlumat dərc olunub.

Metbuat.az xəbər verir ki, agentliyin dərc etdiyi məlumat Ermənistan silahlı qüvvələrinin Bərdə şəhərində törətdiyi terror hadisəsi zamanı çəkilən foto ilə birlikdə yayımlanıb.

Saxta xəbər yaymaqla kifayətlənməyən agentlik Bərdədəki terror aktından sonra çəkilən fotonu Dağlıq Qarabağda lentə alınmış kimi təqdim edib.

Daha sonra azərbaycanlı oxucuların, izləyicilərin çoxsaylı şikayət və etirazlarından sonra foto xəbərdən çıxarılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR