.

İrəvan üçün ölümcül əməliyyat başlayır - Podolyaka

.

Azərbaycan Ordusu Dağlıq Qarabağın cənub istiqamətində hərbi ekspertlərdə heyranlıq doğuracaq qədər mühüm irəliləyiş əldə edib.

Metbuat.az axar.az-a istinadən xəbər verir ki, bu barədə ukraynalı hərbi analitik Yuri Podolyaka Yutub kanalında bildirib.

Onun sözlərinə görə, hazırda Ermənistan silahlı qüvvələrinin müdafiə sistemi tükdən asılıdır:

“Yaxın günlərdə Ermənistan silahlı qüvvələrinin Qırmızı bazardan çıxmasını müşahidə etmək mümkün olacaq, çünki bu istiqamətdə qalmağın artıq bir mənası yoxdur. Qırmızı bazarın ərazisi tamamilə təmizləndikdən sonra Azərbaycan Ordusu Şuşa şəhərini azad etmək üçün əməliyyata başlayacaq”.

Ekspert qeyd edib ki, Azərbaycan Ordusunun növbəti irəliləyişi Ermənistan silahlı qüvvələri üçün artıq ölümcül olacaq:

“Artıq Ermənistan silahlı qüvvələrinin sıralarında ciddi canlı qüvvə çatışmazlığı müşahidə olunur. Məhz bu səbəbdən onlar Xocavəndə də nəzarət edə bilməyəcəklər”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR