Qubadlını atəşə tutan düşmənə

Ermənistan müdafiə nazirliyinin rəsmisinə istinadən guya Azərbaycan Ordusunun Qafan şəhəri yaxınlığındakı David Bek kəndi istiqamətində döyüş əməliyyatları aparması barədə bu ölkənin mətbuatının yaydığı məlumat həqiqətə uyğun deyil.

Müdafiə Nazirliyindən Metbuat.az-a verilən məlumata görə, Azərbaycan Ordusunun bölmələri göstərilən istiqamətdən Qubadlı ərazisini artilleriya atəşinə tutan düşmənin atəş nöqtələrinə cavab atəşi açıb.

Nazirlik bildirir ki, bundan sonra da düşmənə qarşı adekvat cavab tədbirləri görüləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR