Sahibə Qafarova: “Tezliklə Azərbaycan bayrağı Xankəndidə dalğalanacaq”

“Erməni vandalizmi nəticəsində torpaqlarımızın çox hissəsi işğaldan azad edilməkdədir. Füzuli, Qubadlı, Zəngilan və Cəbrayılın kəndlərində Azərbaycan bayrağı dalğalanır. Hərbi əməliyyatların aparıldığı 1 ay 10 gündən çox müddət onu göstərir ki Azərbaycan Ordusu hər şeyə qadirdir».

Metbuat.az xəbər verir ki, bu fikirləri Milli Məclisin sədri Sahibə Qafarova bu gün keçirilən plenar iclasda çıxışı zamanı deyib.

Sədr bildirib ki, bu müddət ərzində Ermənistanın hərbi bazası və canlı qüvvəsi məhv edilib:

«Eyni zamanda, xalqımızın haqq işinə beynəlxalq münasibət də diqqət çəkir. Ermənistan Azərbaycana qarşı apardığı informasiya müharibəsində məğlubiyyətlə üzləşir. Ölkə başçısının beynəlxalq medaiaya müsahibələr verməsi, Ermənistanın iç üzünü və Azərbaycanınn haqq işini ortaya qoyması beynəlxalq ictimaiyyətin hadisələri daha yaxından izləməsinin göstəricisidir. Tezliklə Azərbaycan bayrağı Şuşada, eləcə də Xankəndidə, Laçında dalğalanacaq. Yaşasın Azərbaycan ordusu! Qarabağ Azərbaycandır!».


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR