“Bölücü yox, birləşdirici prezident olacağam” -

Mən bölücü yox, birləşdirici prezident olacağıma söz verirəm. Biz Birləşmiş Ştatlara demokratlar və respublikaçılar kimi yox, vahid Birləşmiş Ştatlar kimi baxırıq.

Metbuat.az xəbər verir ki, bunu ABŞ-ın Demokratlar Partiyasından prezidentliyə namizəd Co Bayden xalqa müraciətində deyib. Respublikaçılar və demokratların əməkdaşlıq etməli olduğunu vurğulayan Bayden 74 milyon seçicinin ona səs verdiyini bildirib.

Co Bayden ABŞ-ın dünyadakı nüfuzunu geri qaytaracağını və amerikalıları birləşdirəcəyini vurğulayıb. O, həmçinin tərəfdarlarını rəqiblərinə düşmənçilik münasibəti bəsləməməyə çağırıb.

Bundan başqa, Bayden ABŞ-da irqçiliyin yox edilməsi üzərində işləyəcəyinə söz verib. Qeyd edib ki, Kamala Harris Birləşmiş Ştatların ilk qaradərili vitse-prezidenti kimi tarixə düşəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR