Azərbaycana payızın ilk qarı yağdı -

Noyabrın 12-si gecə saatlarından gecə saatlarından şimal bölgəsinə payızın ilk qarı yağıb.

Metbuat.az xəbər verir ki, Qusarın Urva kəndinə, Qubanın Qrız Dəhnə kəndlərinə sulu qar və cüzi qar düşməsi müşahidə olunub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Quba regional hidrometerolgiya müəssisəsindən bəzi ərazilərə sulu qar yağması təsdiqlənib.

Bildirilib ki, Qubanın Xınalıq və Qrız kəndlərində havanın temperaturu aşağı düşüb. Bu gün səhər Xınalıqda 6 dərəcə, Qrız kəndində isə 5 dərəcə şaxta qeydə alınıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR