Ağdamda məskunlaşan ermənilərə sabaha qədər vaxt verildi

Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 10 noyabr razılaşmasına əsasən, noyabrın 20-dək Ermənistan ordusu Ağdam rayonunu tərk etməlidir.

Metbuat.az erməni KİV-lərinə istinadən xəbər verir ki, 1993-cü ildə rayon ərazisi işğal olunduqdan sonra Ağdamın 6 kəndində erməni sakinlər qanunsuz məskunlaşmışdı.

Rəsmi İrəvan həmin kəndlərdə yaşayan ermənilərdən noyabrın 19-u gecə saat 23:00-a qədər bu yaşayış məntəqələrindən çıxmağı tələb edib.

Kəndlərin erməni sakinləri Ağdamı tərk etməyə hazırlaşır. Xankəndindəki separatçıların nümayəndələri həmin kəndlərdən çıxacaq erməniləri Ağdərədə yerləşdirəcəklərini bəyan ediblər. (ordu.az)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR