Şəhid və qazilərimizin fotosu məktəb dərsliklərinə

İkinci Qarabağ savaşında düşmənin qarşısında mərdanə duruşu ilə hamının rəğbətini qazanaraq yağıya göz dağı olmağı bacaran Vüsal Şahkərimov Azərbaycan döyüşçülərinin əsl gücünü nümayiş etdirdi.

Metbuat.az xəbər verir ki, sosial şəbəkələrdə yazılır ki, bütün Azərbaycanı qürurlandıran topçu Vüsalın həmçinin digər şəhidlərimizin fotosu məktəb dərsliklərində ön planda olacaqdır.


Məsələyə aydınlıq gətirən Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirdi ki, şəhid olan cəngavərlərimizi, qazi olan qəhrəmanlarımızı böyük ehtiramla yaddaşlarımıza həkk edəcəyik. Şübhəsiz ki, təhsilimizin məzmununda bu həm forma, həm də ayrı-ayrı hekayələrlə öz əksini tapacaq.

''Vətən müharibəsi qalibiyyətlə yekunlaşıb. Bu şərəfli tarixin iştirakçısı olan on minlərlə insanımıza böyük sevgi borcumuz var. Şübhəsiz ki, təhsilimizin məzmununda bu həm forma, həm də ayrı-ayrı hekayələrlə öz əksini tapacaq. Bununla bağlı Təhsil naziri ayrıca əmr imzalayıb.

Bu əmrə əsasən, Vətən müharibəsinin bütün qəhrəmanlıq salnaməsi ilə bağlı ayrı-ayrı məqamlar incəliklə araşdırılacaq və tədrisin məzmununda əks olunacaq.

Bunun üçün təhsil mütəxəssisləri həmkar qurumlarla çalışır və Vətən Müharibəsinə dair ibrətamiz faktları toplayır, mövzular işlənərək həm dərsliklərimizdə, həm də tədrisin bütün məzmununda yer tapacaq. Bu proses hələ yekunlaşmayıb, davam edir və yekunları ilə bağlı ictimaiyyətə vaxtaşırı məlumat veriləcək.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR