Azərbaycan dilinin yeni orfoqrafiya lüğətinə 6 min söz əlavə olunub

.

Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti növbəti həftə çapa göndərilir.

Bunu Metbuat.az-a AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru Möhsün Nağısoylu deyib. O bildirib ki, lüğətdən 18 min söz çıxarılıb, 6 min yeni söz əlavə olunub: “Lüğətdə 90 minə yaxın söz var. Lüğət 1000 tirajla çap olunacaq. Lüğətə hərblə bağlı yeni sözlər əlavə olunub. Məsələn, dağatıcı, kvadrokopter, diversiya-kəşfiyyat ən yeni sözlərdir”.

Direktor həmçinin lüğətdən çıxarılan sözlərdən də danışıb: “Lüğətdən çıxarılan sözlər daha çox ərəb-fars mənşəli, yəni ədəbi dildə işlənməyən, ikivariantlı sözlərdir. Məsələn, tələm-tələsik və təlmə-tələsik, altın və altun, yorğun və yornuq. Yəni lüğətdə eyni sözdən iki variantı var idi. Onlardan bir variantını saxlamışıq. Ədəbi dildə işlənməyənlər çıxarılıb”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR