Sabah Bakıda Zəfər paradı keçiriləcək

Sabah Bakıda Vətən müharibəsində qələbəyə həsr olunmuş möhtəşəm hərbi parad keçiriləcək.

Metbuat.az xəbər verir ki, paradda Azərbaycan hərbçiləri ilə yanaşı Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçuları da keçid edəcəklər.

Paradda, həmçinin Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi nümayiş olunacaq.

Qeyd edək ki, Zəfər paradında 3000 nəfərdən artıq şəxsi heyət, 150-dək hərbi texnika, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eləcə də hərbi gəmi və katerlər nümayiş etdiriləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR