SON DƏQİQƏ! Karantin müddətinin nə qədər davam etməsi ilə bağlı

Hazırda virusla mübarizədə tətbiq etdiyimiz sərt karantin çox bahalıdır və sosial psixoloji təsiri səbəbindən uzun müddət davam edə bilməz. Bu səbəblə ən uyğun mübarizə metodu vaksinasiyadır və vaksinasiya da üç mərhələli şəkildə aparılır”.

Metbuat.az xəbər verir ki, bunu TƏBİB-in İdarəetmə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

“Bu gün bir xəstənin həyatını xilas etmək üçün reanimasiyada bəzən 5-7-10 mütəxəssis mübarizə aparır. Dünyada 73 milyon yoluxma, 2 milyona yaxın ölüm 50 milyona yaxın sağalma var. Ölkəmizdə xəstəliyin ikinci dalğasında çətin vəziyyətlə qarşılaşırıq. Bu gün gündəlik 4000 yoluxma ilə mübarizə apara bilirik. Vaksinin ən əhəmiyyətli məqamı isə təsirinin uzaq nəticələrinin təhlükəsiz olmasıdır" - deyə o bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR