Almaniyada rekord yoluxma qeydə alındı

Almaniyada ötən 24 saat ərzində koronavirusa 33 777 nəfər yoluxub ki, bu da pandemiya dövründə rekord göstəricidir.

Metbuat.az xəbər verir ki, Robert Kox İnstitutunun məlumatına görə, dalbadal iki gündür rekord vuran bu ölkədə ötən gün də 30 400-dən çox yoluxma qeydə alınmış, bununla da ilk dəfə 30 minlik sədd aşılmışdı.

Ümumilikdə, indiyədək Almaniyada koronavirusa 1,4 milyon nəfər yoluxub, bunlardan 24 938 nəfər (son 24 saatda 813 nəfər) dünyasını dəyişib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR