Daha 8 erməni hərbçisinin cəsədi aşkarlandı

Hadrut, Cəbrayıl və Horadizdə aparılan axtarışlar zamanı daha 8 erməni hərbçisinin cəsədi tapılıb.

Metbuat.az xəbər verir ki, bu barədə “news.am” saytı məlumat yayıb.

Sayt aidiyyəti qurumların bu gün də Azərbaycan torpaqlarında müharibə zamanı ölmüş hərbçilərin cəsədlərini axtaracağını yazıb: "Bu gün axtarışlar dağlıq ərazilərdə, Hadrut Horadiz, Cəbrayıl və Şuşada davam etdiriləcək”.

Qeyd edək ki, bu günə qədər axtarışda olan 1047 erməni hərbçisinin cəsədinin qalıqları aşkarlanıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR