x
Loading...

Avtobus və taksilərdə gediş haqqının qaldırılması ilə bağlı VACİB AÇIQLAMA

.

Aİ 92 benzininin və dizel yanacağının qiymətindəki artımın ictimai nəqliyyatda gediş haqlarını artıracağını düşünmürəm.

Metbuat.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Azər Badamov deyib.

Deputat bildirib ki, ictimai nəqliyyatda gediş haqlarının artırılması pərakəndə şəkildə baş vermir, bu məsələni də Tarif Şurası nəzarətdə saxlayır:

“Yəni, ictimai nəqliyyatda gediş haqları ancaq Tarif Şurası tərəfindən artırıla bilər. Hələ ki, belə bir qərar müzakirə olunmadığından ictimai nəqliyyatda gediş haqların artmasından danışmaq olmaz. Taksi xidmətlərində gediş haqların artması isə ayrı-ayrı müəssisələrdən asılıdır.

Taksi xidmətləri göstərənlər özləri gediş haqqını müəyyənləşdirirlər. Düşnürəm ki, burada da ciddi artım müşahidə olunmayacaq. Çünki taksi xidmətində güclü rəqabət var və operator şirkətlər daha ucuz xidmət tətbiq etməklə bazarda cəlb ediciliklərini artırmaq istəyirlər. Hətta Bakıda elə taksi xidmətləri fəaliyyət göstərir ki, onlardan istifadə etmək öz şəxsi avtomobilini sürməkdən daha sərfəlidir”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR