Azərbaycanın əməkdar artisti koronavirusdan

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının keçmiş solisti, əməkdar artist İsmayıl Ələkbərov vəfat edib.

Metbuat.az xəbər verir ki, bu barədə Akademik Opera və Balet Teatrından bildirilib.

İ.Ələkbərovun koronavirusdan vəfat etdiyi qeyd olunub.

İ.Ələkbərov 1939-cu ildə Bakı şəhərində anadan olub. 1966-cı ildə A.Zeynallı adına Bakı Musiqi məktəbinin muğam şöbəsini, 1973-cü ildə isə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni-maarif fakültəsini bitirib.

1971-ci ildən Azərbaycan Dövlət akademik Opera və Balet Teatrının muğam bölməsinin solisti olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR