Ronaldo fantastik təklifi rədd etdi:

Portuqaliyalı ulduz Kriştiano Ronaldo Səudiyyə Ərəbistanından gələn reklam təklifini rədd edib.

Metbuat.az xəbər verir ki, ölkə rəhbərliyi “Visit Saudi” şüarı ilə yeni reklam kampaniyası başladıb və bununla ölkəyə turistləri cəlb etmək istəyir.

Bu baxımdan illik 6 milyon avroluq reklam təklifi Kriştianu Ronaldoya edilib. Lakin portuqaliyalı ulduz bu təklifdən imtina edib.

Sözügedən təklifin sonradan Lionel Messiyə edildiyi qeyd olunur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR