Bu gün yəhudilərin soyqırımı günüdür -

Bu gün Holokost qurbanlarının Beynəlxalq Anım Günüdür.

Metbuat.az xəbər verir ki, 1945-ci il yanvarın 27-də sovet ordusunun Birinci Ukrayna cəbhəsi Osventsim-Birkenau ölüm düşərgəsinə ərazisinə daxil olub. Ölüm düşərgəsinin darvazalarını Lvov atıcı diviziyasının komandiri mayor Anatoli Şapiro açıb.

Bu düşərgədə 1,1 mln insan saxlanılıb. Onların təxminən bir milyonu yəhudi olub.

BMT Baş Assambleyası tərəfindən 2005-ci ildə Anım Günü təsis edilib. Koronavirusa görə bu il xatirə mərasimləri əsasən onlayn rejimdə keçiriləcək.

Holokost (yunanca: holokauston), “holos” (bütün) və “kaustos” (yanmış, köz olmuş) sözlərinin birləşməsindən əmələ gəlib və “tamamilə yanmış”, “yanıb kül olmuş” anlamını verir. Yəhudi soyqırımı, yaxud “Ha-Shoa” (ivritcə - fəlakət) Almaniyanın faşizm dövründə törətdiyi, təxminən 6 milyon nəfərin sistemli şəkildə öldürüldüyü qətliama verilən addır.

Holokost sözü həm də yəhudi dini mərasimləri zamanı yandırılaraq tanrıya təqdim edilən bir məhsulun adıdır.

Faşizm dövründən qalma Holokostun layihə şəklini sübut edən yazılı sənədlərin sayı çox azdır. Bununla əlaqədar olaraq faşizm rəhbərliyinin gələcəyə sübut saxlamamaq üçün sənədləri şüurlu olaraq yox etdikləri fikri hakimdir. Holokostun layihə şəkli dövlət sirri olaraq dəyərləndirilirdi və Holokostu hazırlayan rəhbərlik bu işdə digər əli olan insanlara bu mövzunu çölə çıxarmamaq əmri almışdılar. Yəni Holokostu hazırlayanlar etdiklərinin insanlıqdan kənar olduğunu dərk edirdilər.

Himmerin 1943-cü ilin sentyabr ayında toplu edamlara başlamış SS əsgərlərinin və zabitlərinin qarşısında etdiyi Pozen danışığından sonra yəhudi soyqırımını Hitlerin əmri ilə artıq Himmer idarə etməli idi. Himmerin şəxsi həkimi Felix Karsten, Himmerin ona “Müharibənin sonuna qədər bir tək yəhudi belə həyatda qalmayacağını, Hitlerin bunu belə istədiyini” söyləmişdi.

Müharibənin gedişində faşistlər Rusiyanın işğalını və yəhudilərin Rusiyanın yaşamaq mümkün olmayan ərazilərinə köçürməyi və burada öldürülmələrini planlaşdırırdılar. Lakin Rusiyanın rahatlıqla ələ keçməyəcəyini görən almanlar “Son həll” layihəsinin Şərqi Avropanın işğal olunmuş ərazilərində keçirməyi qərara aldılar.

20 yanvar 1942-ci ildə Adolf Eichmann tərəfindən idarə olunan yüksək dövlət məmurlarının Yəhudi probleminin son həllinin təşkil edilməsinin detallarını danışdıqları Wannsee Konfransı reallaşdı (Bu konfransın protokolu ən qiymətli dəlillərdən biridir). Bu protokola görə öldürülmələri planlaşdırılan Avropa yəhudilərinin sayı 11 milyon idi.

Dünyanın bir çox ölkələrində Holokost mübahisəsini açmaq belə qadağandır. ABŞ-dakı “nifrət qanunları”na görə yəhudi soyqırımını müzakirə etmək cəmiyyətdəki nifrəti artırdığına görə bu mövzunu müzakirə etmək qadağan olunmuşdur.

Avropada isə bir ingilis yazıçı David Irving yəhudi soyqırımının çox böyük ölçülü olmadığını, ölənlərin çoxunun xəstəlikdən öldüyünü söyləyib, Almaniyanın heç bir düşərgəsində qaz otaqlarının tapılmadığını dediyinə görə 3 il həbsə məhkum edilmişdir.

İran prezidenti Mahmud Əhmədinejat isə yəhudi soyqırımının yəhudiləri Fələstinə yerləşdirmək üçün uydurulmuş bir yalan olduğunu söyləmişdir. Bu ideya geniş yayılmış və bir çox müsəlman ölkələri də daxil olmaqla geniş kütlənin diqqətini cəlb etmişdir.

Qeyd edək ki, Holokost qurbanlarının Beynəlxalq Anım Günü ilə əlaqədar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan videomesajla çıxış edib, Türkiyə Xarici İşlər Nazirliyi isə bəyanat verib. Dövlət başçısı çıxışında nifrət nitqləri ilə mübarizənin sadəcə məğdurların deyil, bəşəriyyət olaraq hər kəsin birgə vəzifəsi olduğunu vurğulayıb: "Bu, sadəcə əxlaqi davranış deyil, BMT-nin "Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması" Konvensiyasına əsasən də öhdəlikdir. Beynəlxalq təşkilatlar, hökumətlər, mətbuat, siyasətçilər, vətəndaş cəmiyyəti, dini qruplar və nüfuzlu şəxslərin hər biri bu çərçivədə məsuliyyət daşımalıdır".

Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR