Ərdoğanla Bayden arasında yaxın günlərdə telefon danışığı olacaq

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Cozef Bayden arasında yaxın günlərdə telefon danışığı olacaq.

Metbuat.az xəbər verir ki, məlumatı “CNNTurk” yayıb.

Qeyd edək ki, Türkiyə Prezident Administrasiyasının sözçüsü İbrahim Kalınla ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Cek Sullivan arasında bir saatlıq telefon danışığı olub. Onlar ikitərəfli münasibətləri, Rəcəb Tayyib Ərdoğanla Cozef Baydenin telefon danışğının keçirilməsini müzakirə ediblər.

C.Sullivan bildirib ki, Cozef Bayden 4 dəfə Türkiyədə səfərdə olub: “O, Rəcəb Tayyib Ərdoğanı tanıyır və onunla yaxından əməkdaşlıq etmək arzusundadır. Biz Türkiyənin əhəmiyyətinin fərqindəyik”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR