Göyçayda yol qəzası baş verib -

Göyçay şəhərində iki minik avtomobilinin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Metbuat.az-ın bölgə müxbirinin verdiyi xəbərinə görə, Hadisə bu gün axşam saat 21:00 radələrində rayonun Nizami küçəsində qeydə alınıb. Belə ki, hərəkətdə olan 90 CB 094 dövlət nömrə nişanlı "Mersedes"markalı minik maşını qarşıdan gələn 23 BJ 589 dövlət nömrə nişanlı "VAZ-2107" maşına çırpılıb. Qəza yolun hərəkət hissəsində olduğundan digər maşınların hərəkətində bir sıra çətinliklər və sıxlıq müşahidə olunub. Hadisə zamanı xəsarət alan olmasa da hər iki maşına ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Davud Tarverdiyev
Metbuat.az



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR