“Azərbaycanın qələbəsi və Ermənistanın məğlubiyyətini rəsmiləşdirən 10 noyabr Bəyannaməsinə əsasən Dağlıq Qarabağa yeridilən Rusiyanın sülhməramlı qüvvələri üç ay ərzində öz mandatından kənar fəaliyyətlə məşğuldur.
Bəli, mandatından kənar dedikdə, sülhməramlı qüvvələrin beynəlxalaq mandatı yoxdur, bu gün sülhməramalı kimi deyil, real Rusiyanın peşəkar döyüşçülərindən ibarət bir hərbi birləşməsi kimi fəaliyyət göstərirlər”.
Metbuat.az xəbər verir ki, bu fikirləri politoloq Məhəmməd Əsədullazadə bildirib. Onun sözlərinə görə, onların üç ay ərzində fəaliyyətləri sülhün və təhlükəsilziyin təminatı deyil, separatizmin müdafiəsi olub:
“10 gündən bir hərbi təlimlər keçirirlər. Əgər, bunlar sülhməramlı qüvvələrdirsə, atıcı silahlara malikdirsə, geniş poliqonda onların hərbi təlimləri kimə və nəyə hesablanıb?! Demək, missiya başqadır və onlar bundan sonra geniş çaplı proqrama malikdir”.
Politoloq deyib ki, artıq Rusiya sülhməramlı qüvvələri Ağdərədə kiçik və iri çaplı minatanalardan istifadə edərək təlimlər keçir:
“Sülhməramlı qüvvələrin belə bir ağır silahlardan istifadə etməsi qadağandır və razılaşmada onların bu ağır silahlardan istifadə edilməməsi təsbit edilmişdi. Amma, proses göstərir ki, onların fəaliyyəti yalnız öz hərbi imkanlarını inkişaf etdirmək, sülhü və təhlükəsilziyi deyil, döyüş aktivliyini qoruyub saxlamaqdır. Sual olunur, Rusiya sülhməramlı qüvvələrinin minaatanlardan istifadə etməsi sonradan razılaşmaya salınıb? Əgər, belə razılaşma yoxdursa, rəsmi Bakı və Ankara ciddi şəkildə Rusiyaya etiraz etməli və belə bir ağır silahların istifadəsi qadağan olunmalıdır.
Kiçik bir ərazidə heç bir təhdidin olmaması müqabilində sülhməramli qüvvələrin minaatanlardan istifadə etməsi qəbuledilməzdir”.
Məhəmməd Əsədullazadə deyib ki, Rusiya bu gün minaatanlardan istifadə edəcəksə, sabah Dağlıq Qarabağa ağır silahlar tank, top və raket sistemləri yerləşdirə bilər:
“Bunun qarşısı alınmalı və Rusiya sülhməramlı qüvvələrinin fəaliyyəti nizamnamə ilə tənzimlənməlidir.
Rusiya prezidenti V. Putin Rusiyanın Qarabağ məsələsində mövqeyinin möhkəmlənməsindən fəxr etdiyini qeyd edir. Amma, bu müvəqqətidir. Azərbaycan və Türkiyənin birgə hərbi ittifaqı Qarabağda Rusiyanın bu hərəkətliliyini neytrallaşdıracaq”.