Lənkəranda "Xalqımızın milli birliyinin möhkəmlənməsində mənəvi dəyərlərimizin rolu" mövzusunda

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) birgə təşkilatçılığı ilə “Xalqımızın milli birliyinin möhkəmlənməsində mənəvi dəyərlərimizin rolu” mövzusunda videokonfrans keçirilib.

Metbuat.az xəbər verir ki, videokonfransda DQİDK-nin Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov, şöbənin müdir müavini Anar Kərimov, şöbənin əməkdaşları, QMİ-nin Lənkəran bölgəsi üzrə qazısı Qəni Axundzadə və Lənkəranda fəaliyyət göstərən dini icma sədrləri və din xadimləri iştirak ediblər.

Əvvəlcə Şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib, ruhlarına dualar oxunub.

Çıxışlar zamanı xalqımızın zəngin mənəvi dəyərlərinin milli birliyimizin möhkəmlənməsindəki əhəmiyyəti vurğulanıb. Mənəvi dəyərlərimizin bizim bir xalq olaraq formalaşmağımıza böyük təsir göstərdiyi, milli dövlətçiliyimizin möhkəmləndirilməsində xüsusi rol oynadığı vurğulanıb. Qeyd edilib ki, Azərbaycan xalqının bir millət kimi formalaşmasında zəngin mənəvi dəyərlər sistemi mühüm rol oynayıb.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR