Azərbaycanda yaşayan xarici vətəndaşlar peyvənd olunacaq?

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda yaşayan xarici ölkə vətəndaşlarının koronavirus əleyhinə vaksin olunub-olunmayacağına aydınlıq gətirib.

Qurumdan Metbuat.az-a verilən məlumata görə, ilkin mərhələdə yalnız ölkə vətəndaşlarının vaksin edilməsi nəzərdə tutulub.

Qeyd edək ki, yanvarın 18-dən etibarən Azərbaycanda Çinin “SinoVac” şirkətinin istehsal etdiyi “CoronoVac” peyvəndi ilə vaksinasiya aparılır. Bu gündən etibarən 50 yaş və yuxarı şəxslərin vaksinasiyasına başlanılıb.

Peyvəndləmə könüllü və dövlət hesabına həyata keçirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR