İldə iki dəfə baş verən ASTRONOMİK HADİSƏ -

Misirin Asvan şəhərində Firon II. Ramzesin heykəlinə günəş düşüb.

Metbuat.az xəbər verir ki,Əbu Simbəl tarixi məbədində baş verən hadisə ildə iki dəfə yaşanır və bu astronomiya hadisəsini Misir Turizm və Qədim əsərlər nazirinin müavini İmam Zeydan və Danimarkanın Qahirədəki səfiri Sevend Olling, həmçinin yerli idarəçilər və bir çox yerli və xarici turist izləyib.

Əbu Simbəl məbədinin Tarixi Əsərlərin Baş direktoru Eymen Əbu Zeyd, mətbuata verdiyi açıqlamada, ilin müəyyən vaxtlarında baş verən astronomiya hadisəsinin yeni növ koronavirus (Covid-19) epidemiyasına baxmayaraq böyük marağa səbəb olduğunu söyləyib.

Qeyd edilib ki, Covid-19 epidemiyası başlayandan bəri ilk dəfədir ki, Asvan şəhəri bu qədər sıx bir qonağı qəbul edir. Fevralın 23 də bu münasibət ilə məbəd meydanında tədbir də təşkil ediləcəkdir.

Məlumat üçün bildirək ki, Misirdə fironlar dövründə Əbu Simbəl və ətrafı astronomiya baxımından əhəmiyyətli bir bölgə sayılıb. Həmin məbədin şimal-qərbində 11 min illik tarixi olan daş kompas və yağış vaxtını göstərən daş saatı da var.

Asvanda dağa həkk olunmuş Əbu Simbel Məbədinin qapısında 4 nəhəng Ramsez heykəli var. Sözügedən tarixi hadisə, yalnız II. Ramsesin "ad günü" və 22 fevralda "tacqoyma günü" sayılan 22 oktyabrda baş verir və 20 dəqiqə davam edir.

Qədim Misirdə II Firon 22 oktyabr "əkinçilik" mövsümünün, 22 fevral isə günəş şüalarının Ramzes heykəlinin üzünə dəydiyi gün "məhsul" mövsümünün başlanğıcı sayılırmış.

Mənbə:AA


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR