Tovuz, 27 may, AZƏRTAC
Tovuz Rayon İcra Hakimiyyətinin iclas zalında Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 97-ci ildönümünə həsr olunan tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə rayon icra hakimiyyətinin başçısı Tofiq Zeynalov çıxış edib. Bildirib ki, xalqımız ötən əsrin əvvəllərində vətənpərvər oğullarımızın apardığı mübarizənin nəticəsi kimi qurulan Azərbaycan Xalq Cümhuriyyətinin şərəfli tarixi ilə fəxr edir. Cümhuriyyət cəmi 23 ay yaşasa da, xalqımızın yaddaşında silinməz iz buraxıb.
Digər çıxışlarda qeyd olunub ki, bu gün istər Azərbaycan Xalq Cümhuriyyəti yaradıcılarının, istərsə də ulu öndər Heydər Əliyevin müstəqil dövlətçilik məsələləri ilə bağlı arzuları Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir.