x
Loading...

İraqda növbəti terror: 7 ölü, 11 yaralı

.

İraqın Ənbar vilayətinin Ər-Rəmadi şəhərində növbəti terror aksiyası baş verib.

Metbuat.az xəbər verir ki, avtomobildə quraşdırılmış partlayıcının işə düşməsi nəticəsində 7 nəfər ölüb, 11 nəfər isə yaralanıb.

Hadisə yerli özünümüdafiə dəstələri başçılarının İraq hərbçiləri ilə görüşünün keçirildiyi ərazidə qeydə alınıb.

Partlayıcının quraşdırıldığı pikap öncədən hüquq-mühafizə orqanları tərəfindən aşkar olunub. Lakin mütəxəssislər qurğunu zərərsizləşdirməyə çalışarkən partlayış baş verib.

Terror aktının İŞİD tərəfindən törədildiyi bildirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR