Sumqayıtda apteklərin birindən 35 min manat oğurlamaqda şübhəli bilinən əvvəllər məhkum olunmuş H.Nurəliyev müəyyən olunaraq saxlanılıb.
Metbuat.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Məlumata görə, araşdırma zamanı müəyyən edilib ki, saxlanılan şəxs müxtəlif vaxtlarda şəhər ərazisində yerləşən digər obyektlərə də daxil olaraq talama cinayətləri törədib.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.