Qarabağda rus silahlarını məhv etdik: Bizi 1 saat belə dayandıra bilmədilər -

“Türk silahları rus silahlarından üstündür. Bu özünü Qarabağla yanaşı Suriyada və Liviyada da sübut etdi”.

Metbuat.az xəbər verir ki, “Baykar” şirkətinin Baş direktoru Haluk Bayraktar belə deyib. O bildirib:

“Sonuncu dəfə Qarabağda gördük. 50-dən çox hava hücumundan müdafiə sistemi, 140-ə qədər tank, 100-lərlə hərbi texnika SİHA-lar tərəfindən məhv edildi. TB2-ni 1 saat belə dayandıra bilmədilər. Bayraktar2 hər zamanı havadadır”.

Rusiyalı hərbi mütəxəssis Viktor Murakovski isə Haluk Bayraktara cavabında bildirib ki, Rusiya ordusu Bayraktar TB2 İHA-larının da istifadə etdiyi peyk və naviqasiya sistemlərini sıradan çıxara biləcək texnologiyaya sahibdir. Onun sözlərinə görə, Rusiya İHA və SİHA-lara qarşı 3-dən çox layihə üzərində işləyir.

Anar Türkeş / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR