ABŞ Yunanıstanda 20 yeni hərbi baza qurur

ABŞ və Yunanıstan arasında yeni hərbi sazişin imzalanması gözlənilir.

Metbuat.az-ın xəbərinə görə, sazişdə onlarla amerikalı hərbçinin Yunanıstandakı hərbi bazalara yerləşdirilməsi, sazişin 5 ildən bir nəzərdən keçirilməsi və digər detallar yer alıb. Məlumata görə, ABŞ Yunanıstandan 20 yeni baza və amerikalı hərbçilərin mövcudluğu ilə bağlı bəzi proseslər tələb edib.

Yunanıstanın ABŞ-ın tələblərinə müsbət yanaşdığı bildirilir.

Anar Türkeş / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR