Avropanı türklər qoruyur -

“Avropanın təhlükəsizliyini Avropa Birliyinə daxil olmayan Böyük Britaniya, ABŞ və Türkiyə qoruyur”.

Metbuat.az xəbər verir ki, NATO-nun Baş katibi Yens Stoltenberq belə açıqlama verib. O bildirib ki, Avropa Birliyi NATO-nun üzvü olan bu ölkələrlə yaxşı münasibətlər qurmalıdır. Alyans rəhbərinin sözlərinə görə, Suriya və İraqla sərhədi olan Türkiyənin İŞİD, beynəlxalq terrorizmə qarşı mübarizədə rolu son dərəcə önəmlidir.

Anar Türkeş / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR