Tanınmış millətvəkili faciəvi şəkildə vəfat etdi -

Fransız milyarder, millətvəkili Olivier Dassault helikopter qəzasında vəfat edib.

Metbuat.az xəbər verir ki, 69 yaşlı millətvəkilinin olduğu helikopter, Dassaultdan Doviye uçarkan naməlum səbəbdən qəzaya uğrayıb. Hadisə zamanı milyarder iş adamı ilə yanaşı pilot da həyatını itirib. Prezident Emmanuel Makron qəza ilə bağlı millətvəkilinin ailəsinə başsağlığı verib.

Hadisənin səbəbləri araşdırılır.

Anar Türkeş / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR