Müharibə bölgəsində kritik vəziyyət yarandı -

Son illərdə Türkiyəyə qarşı mövqedə yer alan Misirin və Səudiyyə Ərəbistanının indi Ankaranın köməyinə ehtiyacı var.

Metbuat.az xəbər verir ki, Yəməndə hökumət iqtisadi cəhətdən əhəmiyyətə malik strateji Marib bölgəsini əldən vermək üzrədir. Türkiyə mənbələrinin məlumatına görə, bölgə İranın dəstəklədiyi Husilər tərəfindən işğal edilsə, Yəməndə ciddi mövqe dəyişikliyi olacaq. İddialara görə, buna görə də, krallıq Yəmən hökumətinin İHA və SİHA-ların alışı ilə bağlı Türkiyəyə müraciət etməsini istəyib. Üstəlik maliyyə tərəfini Səudiyyə Ərəbistanı öz üzərinə götürməyə hazırdır.

Misir isə Efiopiyda tikilən su bəndi ilə bağlı Türkiyədən dəstək gözləyir. Bildirilir ki, Misirin əleyhinə olan layihə Birləşmiş Ərəb Əmirlikləri tərəfindən maliyələşdirilir. Birləşmiş Ərəb Əmirliklərinə güvənməyən Misir, Efiopiya ilə yaxşı münasibətləri olan Türkiyə rəhbərliyinin dəstəyinə ehtiyacı var.

Anar Türkeş / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR