x
Loading...

Azərbaycanda sabahdan Novruz tətili başlayır

.

Azərbaycanda sabahdan Novruz tətili başlayır.

Metbuat.az-ın məlumatına görə, Nazirlər Kabinetinin "2021-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında” qərarına əsasən, 2021-ci il martın 20, 21, 22, 23, 24-ü Novruz bayramı günləri müəyyən edilib.

Bu il 20-21 mart həftənin şənbə və bazar günlərinə təsadüf etdiyindən, Əmək Məcəlləsinə əsasən iş və istirahət günlərinin yerləri dəyişdiriləcək, martın 25-i və 26-ı da qeyri-iş günü olacaq. Eyni zamanda 27 və 28 mart da həftənin şənbə və bazar günlərinə təsadüf edir.

Beləliklə, Novruz bayramı ilə əlaqədar 9 gün ardıcıl (20, 21, 22, 23, 24, 25, 26, 27 və 28 mart) iş olmayacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR