"Azerbaijan Woman Awards" mükafatlarının təqdimetmə mərasimi keçirilib -

Bakıda Azerbaijan Woman Awards mükafatlarının təqdimetmə mərasimi keçirilib. Beynəlxalq «BusinessWoman» jurnalının rəsmi tərəfdaşlığı ilə “Reputation” PR və biznes platforması tərəfindən təşkil olunan layihədə ictimai həyatda, təhsil, tibb, biznes, mədəniyyət, incəsənət, elm, memarlıq, idman və KİV-də böyük uğur və yüksək nailiyyətlər qazanan xanımlar təltif ediliblər.

Azərbaycanın ən uğurlu, istedadlı və ictimai həyatda aktiv şəkildə iştirak edərək faydalı işlərlə fərqlənən qadınlar prestijli mükafatların sahibi olublar. “Azerbaijan Woman Awards”ın təsisçisi Agil Məmiyevin sözlərinə əsasən, bu dəfəki tədbir özünəməxsus formatda təşkil edilib və xanımların böyük marağına səbəb olub.

Onlar arasında Xalq artisti Təranə Muradova, əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova, Milli Məclisin deputatı Qənirə Paşayeva, “Vasconi Architectes”in vitse-prezidenti Aytən Mirzoyeva, şairə Zəhra Bədəlbəyli, modelyer-dizayner Gülnarə Xəlilova, rəssam, "Bee Goddess" brendinin sahibi Nigar Abbasbəyli, tanınmış stilist-vizajist Səbinə İmanova, rəssam Təranə Səid, plastik-estetik cərrah Könül Ağamirova, gimnast Zöhrə Ağamirova, şairə Esli Dilbazi, dəb dizayneri Günel Behbudova, “Kapital Bank”ın Marketinq departamentinin direktoru Günel Fərzəliyeva, interyer-dizayner Lalə Akkiraz, rəssam Röya Həsənova, bloqer Elmira Namazova və digərləri yer alıb. “Azerbaijan Woman Awards”ın direktoru Pərviz Əzimzadədir. Layihənin icraçı direktoru Sirac Bəyalizadə, PR rəhbəri isə Vüqar Səfərlidir.

Qeyd edək ki, haqqında bir müddət sonra "Azerbaijan Woman Awards" layihəsinin iştirakçıları haqqında hazırlanacaq özəl jurnal da işıq üzü görəcək. "Azerbaijan Woman Awards"ın informasiya tərəfdaşı "Metbuat.az" informasiya agentliyidir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR