Millimizin DÇ-2022-nin seçmə mərhələsinin ilk turunda Portuqaliya ilə keçirəcəyi oyuna saatlar qalmış AVRO-2020-nin rəsmi səhifəsi paylaşımı ilə diqqət çəkib.

Metbuat.az offsideplus.az-a istinadən xəbər verir ki, turnirin rəsmi "Instagram" hesabının "hekayə" bölməsində Portuqaliyanın kapitanı Kriştiano Ronaldonun şəkli paylaşılıb və izləyicilər arasında sorğu təşkil edilib.

Belə ki, "AVRO-2020" izləyicilərindən Ronaldonun bu gün Azərbaycanın qapısına neçə qol vuracağını soruşub.

Bu "sorğu-sual" isə azərbaycanlı azarkeşləri hiddətləndirib.

Həmin fotonu təqdim edirik:

"AVRO-2020"nin rəsmi səhifəsi oyuna saatlar qalmış millimizi aşağıladı -