ORDU YERİDİLİR: İsraildən sensasion "müharibə həmləsi" -

İsrail ordusu ilk dəfə Kiprdə hərbi təlimlərə qatılacaq.

Metbuat.az-ın məlumatına görə, bu barədə İsrail mediası məlumat yayıb. Məlumata görə, təlimlərə xüsusi təyinatlılarla yanaşı, müxtəlif hərbi texnikalar o cümlədən F-35 qırıcıları cəlb ediləcək. Xəbərdə qeyd edilir ki, İsrail ordusu ilk dəfə ölkə xaricində bu qədər uzun müddət qalacaq. Məlumata görə, İsrail ordusunun təlim keçəcəyi bölgə “NOTAM” elan edilərək, uçuş üçün bağlanacaq.

İddia edilir ki, Türkiyəyə aid təyyarələr və helikopterlər “NOTAM” elan edilən bölgəyə girəcəyi halda hədəfə alınacaq. Yunan mediası Təl-Əvivin bu həmləsini “İsrail xüsusi təyinatlıları Kiprə enir - ssenari Türkiyəyə qarşı” başlıqlı xəbər ilə oxuculara çatdırıb.

Anar Türkeş / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR